Yol terroru: Xaçmazda piyada vurulub

Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb

Xaçmaz, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 18 Fevral 2014, 11:20

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 33 yaşlı rayon sakini Nəbiyev Asif Bəybala oğluna məlum avtomobil tərəfindən vurulub. 

Hadisədən sonra sürücü ərazidən uzaqlaşıb. Yaralı isə Xaçmaz 
rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, yaralının vəziyyəti ağır stabildir. Hazırda Asif Nəbiyevin hansı şəraitdə və hansı avtomobil tərəfindən vurulmasının müəyyənləşdirilməsi istiqamətində Xaçmaz RPŞ-də araşdırma aparılır.