QMİ sədri məscid axundlarına müraciət edib

Axundlar Xocalı soyqrımı ilə bağlı məlumatları ictimiayyətin, ən əsası cavanların diqqətinə çatdırmalıdır

Bakı, Tural Səftərov, İnteraz - 18 Fevral 2014, 13:22

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Azərbaycanda fəaliyyət göstərən məscid axundlarına müracət edib.

 

İnterAz-ın xəbərinə görə, QMİ sədri deyib ki, qarşıdan Xocalı soyqrımın 22-ci ildönümü gəlir. Bunun üçün axundların üzərinə vəzifə düşür: "Axundlar moizələrində Xocalı soyqrımına geniş yer ayırmalıdırlar. Çünki cavan yaşında - 22 yaşında olanların Xocalı soyqrımı ilə bağlı ətraflı məlumatı yoxdur. Bu səbəbdən axundlar Xocalı soyqrımı ilə bağlı məlumatları ictimiayyətin, ən əsası cavanların diqqətinə çatdırmalıdırlar."