Hicran Hüseynova Göyçayda vətəndaşlar ilə görüşüb

Görüşdə bir çox məsələ yerində həllini tapıb, bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarina çatdırılmaq üçün qeydiyyata götürülüb

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 11:57

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göyçayda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarından olan vətəndaşların şikayət və təkliflərini dinləyib.

 

Komitənin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, 60-a yaxın qadını daha çox narahat edən məsələlər, o cümlədən körpə uşaqların övladlığa verilməsi, əlil uşaqların müalicəsi və ya əlil arabaları ilə təminatı, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələlər barədə müraciətlər olub. Qadınların işlə təminatı, sağlamlıq, təhsil, yaşayış yerlərinin yaxşılaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilib.

 

Görüşdə bir çox məsələ yerində həllini tapıb, bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarina çatdırılmaq üçün qeydiyyata götürülüb.