FHN Yevlaxda ölümlə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb

“VAZ” markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Kərimov Zöhrab Ceyhun oğlu hadisə yerində vəfat edib

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 12:30

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.

 

İnterAz-ın xəbərinə görə, nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, Yevlax rayonu ərazisində, Bakı-Qazax yolunun 259-cu kilometrliyində “VAZ” markalı minik avtomobili və “SHACMAN” markalı yük avtomobili toqquşub.

 

Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Kərimov Zöhrab Ceyhun oğlu isə hadisə yerində vəfat edib.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.