1-ci sinifə qəbul necə aparılır?

Təhsil Nazirliyi hazırlıq qruplarında təhsil alan uşaqların 1-ci sinifə hansı formada qəbul olunduğunu açıqlayıb

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 13:02

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdəki hazırlıq qruplarında təhsil alan uşaqların 1-ci sinifə hansı formada qəbul olunduğunu açıqlayıb. 

 

Təhsil Nazirliyinin məlumatına görə, məktəbə hazırlıq siniflərindəki 6 yaşı 16 sentyabrdan sonra tamam olan uşaqlar 1-ci siniflərə müsabiqəsiz birbaşa qəbul edilirlər. 

 

Nazirlikdən İnterAz-a bildirilib ki, ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaradılması hazırda kütləvi xarakter daşımır. Bu, bilavasitə valideynlərin arzusu əsasında həyata keçirilir. 

 

Nazirlikdən deyilir ki, təhsilin inkişafı üzrə dövlət strategiyasın məktəbə hazırlıq icbari hesab edildiyindən, bütün uşaqların məktəbəqədər təhsillə əhatə olunması mühüm vəzifə kimi qarşıda daayanır və bununla əlaqədar müvafiq tədbirlər görülür.