Cəlilabad-Cəngan yolunun yenidən qurulması işləri davam etdirilir

Havalar əlverişli keçəcəyi təqdirdə Cəlilabad-Cəngan avtomobil yolunun avqust ayına kimi hazır olacağı gözlənilir

Cəlilabad, Rəhman Məlikov, Vüsal Nəbiyev, İnteraz - 11 Mart 2014, 15:21

Cəlilabad-Cəngan avtomobil yolu rayonun 20-ə yaxın kəndini rayon mərkəzi ilə birləşdirən əsas yollardan biri hesab olunur. Sovet Ittifaq dönəmində çəklmiş yol son zamanlar tamamilə yarasız hala düşdüyündən kənd sakinləri rayon mərkəzinə gəlməkdə ciddi çətinliklərlə qarşılaşırdılar. Lakin kəndlilərin bu narahatlığına birdəfəlik son qoyulmaqdadır.

Ölkə prezidentinin ayırdığı vəsait hesabına 16 km uzunluğunda olan Cəlilabad-Cəngan yolunun yenidən qurulması işləri davam etdirilir. Hazırda yolunun 10 km yaxın hissəsində yataq hissəsinin möhkəmləndirilməsi işləri aparılır. Əvvəlki yoldan fərqli olaraq yeni çəkilən yol 4 metrdən 6 metrədək genşləndiriləcək. Bu da nəqliyyat vastələrinin hər iki istiqamətdə rahat hərəkətini təmin etməklə qəza riskini də minuma endirmiş olacaq. Yolboyu nisbətən çökək yerlərdə toplanacaq suların axınını təmin etmək üçün suötrücü borular basdırılır. Artıq yol yatağının hazır hissəsində asfaltlama işlərinə də başlanıb. Havalar əlverişli keçəcəyi təqdirdə Cəlilabad-Cəngan avtomobil yolunun avqust ayına kimi hazır olacağı gözlənilir.