“Silahların əfsanəsi”

Bakıda Avropanın tarixi silahları sərgilənəcək

Bakı, Tural Səftərov, İnteraz - 11 Mart 2014, 17:03

Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” sərgisinin açılış mərasimi olacaq.

 

Sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcək. İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. 

 

İnterAz-ın məlumatına görə, dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası olan Avstriyanın əfsanəvi Qraz cəbbəxanasının nümunələri də eksponatlar sırasındadır. Sərgidə nümayiş olunacaq silah və zirehli geyimlər müxtəlif döyüşlərə aid orijinal nümunələrdir.

 

"Silahların əfsanəsi"ndə izləyicilər hər bir eksponata dair məlumatlar və maraqlı faktlar əldə edə biləcəklər. Kolleksiya indiyədək Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib.