Yol terroru: Sabirabadda yol qəzası baş verib

Nəticədə sürücülər yüngül xəsarət alsalar da avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib

Sabirabad, Rəhman Məlikov, Vüsal Nəbiyev, İnteraz - 11 Mart 2014, 17:20

Bu gün saat 13:00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 25-ci kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Saatlı rayon sakini 39 yaşlı Əliyev Vahiddin Ələddin oğlu Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobil qarşıdan gələn İmişli rayonunun Boşçalar kənd sakini, 32 yaşlı Fəxri Cümşüd oğlu Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər yüngül xəsarət alsalar da avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib. Qəzaya səbəb “NAZ Lifan” markalı avtomobilin qarşı tərəfə çıxması olub. "Mercedes" markalı avtomobil digər avtomobillə toqquşduqdan sonra yolda olan dəmir səddə çırpılaraq dayanıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.