Məhəmməd Əmin Rəsulzadənin adına poçt markası buraxılıb

“Azərmarka” şirkəti Azərbaycanın görkəmli ictimai siyasi xadimi M.Ə.Rəsulzadənin 130 illiyillə əlaqədar poçt markası buraxıb

Bakı, Tural Səftərov, İnteraz - 11 Mart 2014, 17:50

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın görkəmli ictimai siyasi xadimi M.Ə.Rəsulzadənin 130 illiyillə əlaqədar poçt markası buraxıb.

 

Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, 200 min tirajla buraxılan markanın üzərində Azərbaycan Respublikasının bayrağı və Məhəmməd Əmin Rəsulzadənin şəkili təsvir olunub.

 

Markanın nominal dəyəri 20 qəpikdir. 

 

Qeyd edək ki. Prezident İlham Əliyev ötən ilin noyabrında M.Ə.Rəsulzadənin 130 illik yubliyenin keçirilməsi haqqında sərəncam imzalamışdı.