Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycan Gənclər Birliyi Moskvada Həmrəylik günü və Yeni ili qeyd edib

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bayram tədbirinə təşkilatın Moskva, eləcə də regional bölmələrinin nümayəndələri də qatılıb

Moskva, İqbal Rüstəmov, İnteraz - 28 Dekabr 2016, 12:07

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, təbdirdə azərbaycanlı gənclər, Rusiyanın ictimaiyyət nümayəndələri, Azərbyacan diaspor xadimləri ilə yanaşı digər millətlərin üzvləri də iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı gənclər birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bayram tədbirinə təşkilatın Moskva, eləcə də regional bölmələrinin nümayəndələri qatılıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş tədbirdə çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər birliyinin idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, təşkilatın 2016-cı ildəki fəaliyyəti barədə məlumat verib. Emin Hacıyev qeyd edib ki, başa çatmaqda olan il Gənclər Birliyi üçün uğurlu olub. Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirib. Birliyin üzvlərinin sayı ilbəil artır. Vurğulanıb ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq edir.

İdarə heyyətinin üzvü, həmçinin, gənclər təşkilatının illik forumunda irəli sürülən və müzakirə olunan yeni laihələrin 2017-ci ildə həyata keçiriləcəyinin qeyd edərək, gələn il üçün də planlardan və yeniliklərdən məlumat verib.

Çıxış edən Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. O, ölkəmizin son illərdə qazandığı uğurlardan söz açaraq tədbir iştirakçılarına məlumat verib.

Rusiyadakı Türkiyə diasporasının rəhbəri Yusif Şən isə Azərbaycan gənclər birliyinin uğurlarından danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir.

Bayram şənliyi, Azərbaycanlı Gənclər Birliyinin regional bölmələrinin nümayəndələrinin təbrik videoları ilə davam etdirilib. Gənclər müxtəlif müsabiqələrin iştirakçısı olub.

Rəsmi hissənin sonunda Rusiyanın Azərbaycanlı gənclər birliyinin nəzdində İspan dilini mənimsəmiş gənclərə mükafatlarda təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib. Milli müsiqi nömrələri, inusturmental alətlərdə ifalar və rəqslərdən ibarət olan konsert proqramı ilə bayram şənliyi sona yetib.