Ruhani Şeyx Sərdar Hacıhəsənli polis tərəfindən saxlanılıb

Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində saxlanılır

Bakı, Oktay Quliyev, İnteraz - 22 Fevral 2017, 16:57

17:32:50

Bildirilir ki, Şeyx Sərdar Hacıhəsənli Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham olunur. Əldə etdiyimiz son məlumata görə, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məhkəməsinə aparılıb.


16:57:25


Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli Masallı şəhər polisi tərəfindən saxlanılıb. 


İnterAz xəbər verir ki, bu haqda məlumatı yaxınları Maide.Az-a bildirib.

Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində  saxlanılır.