Avtobuslarla bağlı reydlər keçirilir

Reydlərin keçirilməsinə səbəb tədris ilinin başlanması ərəfəsində sərnişin sıxılığı problemini aradan qaldırmaqdır

Bakı.Günel Tağıyeva, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 22 Avqust 2014, 15:01

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun bildirdiyinə görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıda avtobuslar üzərində nəzarəti gücləndirib.

Onun sözlərinə görə, həmçinin müvafiq tədbirlər çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Hüseyn Salamovun şəxsi nəzarəti altında olan gündəlik reydlər keçirilir.

N.Həsənov qeyd edib: "Dövlət Xidmətinin rəhbərinin şəxsən iştirakı ilə belə reydlərin keçirilməsi xüsusi yeni tədris ilinin başlanması ərəfəsində vacibdir. Tədris müəssisələrində işin başlanması sərnişin axınının artmasına gətirib çıxarır və sərnişin nəqliyyatının işinə təsir edir".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, sərnişin nəqliyyatının işi üzərində nəzarəti həyata keçirmək üçün Bakının küçələrində nəzarət məntəqələri fəaliyyət göstərir.

Hazırda Bakıda cəmi 2500-ə yaxın avtobus fəaliyyət göstərir.

/Trend/