Azərbaycanda şəhidlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilib

İlham və Fərizənin qəbirləri üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, Günel Tağıyeva, , İnteraz - 22 Avqust 2014, 15:45

Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

İnterAz APA-ya istinadən bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, naməlum şəxslər İlham və Fərizənin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər.