Bakıda yanacaq daşıyan maşının aşması partlayışa və yanğına səbəb olub

Hadisə Yasamal rayonu ərazisində baş verib

Bakı, Ramik Cəfərzadə, , İnteraz - 23 Avqust 2014, 10:11

İnterAz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakıda yanacaqla dolu yük maşını aşıb. Hadisə Yasamal rayonu ərazisində baş verib.

 

Belə ki, 40 ton tutumlu yanacaq çəni qoşulmuş "Mercedes" markalı yük avtomobili idarəetməni itirərək  yolun kənarına aşıb. Baş verən yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və  ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

 

Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

 

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.