Saxta "jurnalist" həbs olundu

Biləsuvarda dələduzluqda şübhəli bilinən jurnalist həbs olunub

Bakı, Günel Tağıyeva, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 25 Avqust 2014, 14:42

 Biləsuvar polisinin şikayət ərizəsi əsasında keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, hazırda Bakı şəhərində yaşayan 47 yaşlı Fikrət Şükürağa oğlu Abbaszadə yaxalanıb.

 

İnterAz-ın  məlumatına görə, istintaqda dindirmə zamanı məlum olub ki, hər kəsə özünü jurnalist kimi təqdim edən F.Abbasov Biləsuvar və qonşu rayonlarda müxtəlif adamları aldadaraq xeyli pul toplayıb. "Pozulmuş hüquqların bərpası", "işə düzəltmək", "hüququ yardımlar" adı ilə insanları aldadan "jurnalist" törətdiyi əməlləri dindirmə zamanı etiraf etsə də, əməllərində cinayət tərkibi olduğunu bilmədiyini deyib.

 

Həbs olunan zaman Fikrət Abbaszadənin üzərindən "Tolerant Azərbaycan” ictimai-siyasi, hüquq qəzetinin və İnsan Hüquqları Müdafiə Mərkəzinin vəsiqələri çıxıb. Hazırda bu vəsiqələrin saxta olub-olmadığı yoxlanılır.

 

Məlum olub ki, saxlanılan şəxs əvvəllər eyni cinayət əməlinə görə 4 il azadlıqdan məhrum edilib.