Sabirabadda zəncirvarı qəza baş verib

Hadisəyə səbəb ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 07 Oktyabr 2013, 13:18

Sabirabad şəhərinin Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Belə ki, Sabirabad sakini, Pərviz Əhəd oğlu İsmayılov idarə etdiyi “Hundai” markalı maşınla ötmə əməliyyatın düzgün yerinə yetirmədiyindən 4 ninik avtomobili bir-biri ilə toqquşub.

Toqquşma zamanı 57 yaşlı Məmmədəli Babaş oğlu Abbasovun idarə etdiyi “Vaz-2106” markalı,  Murad Müslüm oğlu Heydərovun idarə etdiyi “Hyundai Sonata” markalı və 32 yaşlı Rəşad Əlisafa oğlu Əliyevin idarə etdiyi “Vaz-2107” markalı avtomobillərinə ciddi ziyan dəyərək yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.