Baş pediatr qrip təhlükəsi ilə bağlı valideynlərə müraciət edib

Nəsib Quliyev: "Uşaqlar arasında qripin sürətlə yayılması yalnız mövsümlə əlaqəlidir"

Bakı, Alçina Amilqızı, , İnteraz - 07 Oktyabr 2013, 14:36

Azərbaycanın baş pediatrı Nəsib Quliyev havaların vaxtından tez soyuması və qrip təhlükəsi ilə bağlı valideynlərə müraciət edib: “Bu il ötən ilə nisbətən soyuqlar tez düşüb. Fərz edin ki, indi oktyabr ayı yox, noyabrdır. Ona görə də yaxşı olar ki, uşaqları mövsümə uyğun geyindirəsiniz.”

N.Quliyevin sözlərinə görə, uşaqlar arasında qripin sürətlə yayılması yalnız mövsümlə əlaqələndirilir. Onun dediyinə görə, bu yöndə xüsusi tibbi tədbirlər görülməsinə lüzum yoxdur: “Sadəcə uşaqları isti geyindirin. Əgər qrip əlamətləri görünərsə uşaq kollektivlərinə buraxılmasınlar.”

 

N.Quliyev qripə yoluxmuş uşaqların sahə terapevti tərəfindən ciddi nəzarətə götürülməsinin vacibliyini qeyd edib: “Sahə terapevti uşaqlarda hər hansı ağırlaşma müşahidə edərsə, tibbi göstəriş verməlidir və usaqlar dərhal xəstəxanaya göndərilməlidir.”