Qurban bayramı ərəfəsində Qərb bölgəsində qiymət necə tənzimlənir?

Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir

Qazax, Kamran Əskiparalı, Vüsal Nəbiyev, İnteraz - 07 Oktyabr 2013, 18:46

Qurban bayramı mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Adət ənənələrə görə, qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də pay götürə bilər. Bu gün ölkəmizin hər yerində olduğu kimi, qərb bölgəsində də qurban bayramına hazırlıq işləri davam etdirilir.

Bazarlarda qiymətə gəlincə alıcıların bəziləri bazarlarda heyvanların qiymətinin ucuz olduğunu desə də, bir qismi isə əksinə, bahalıqdan şikayətlənir.

Qeyd edək ki, Qurban bayramı münasibəti bölgələrdə baytarlıq idarələri də gücləndirilmiş iş rejimində işləyəcək.

Allah qurbanlarınızı qəbul etsin.