Astarada həyat yoldaşına işgəncə verən şəxs həbs olunub

Onun barəsində Astara rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qəti imkan tədbiri seçilib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 08 Oktyabr 2013, 11:47

Astarada həyat yoldaşına işgəncə verərək, saçını qırxıb, qulaqlarını kəsən, Çingiz Mehdiyev nəhayət ki, həbs olunub. Astara rayon məhkəməsinin qərarı ilə  rayon prokurorluğu, onun barəsində iki aylıq həbs qəti imkan tədbiri seçib. Araşdırmalar zamanı Çingiz Mehdiyevin narkotik vasitələrin istifadəçisi olması da məlum olub.

Astara rayon Mərkəzi xəstəxanasında müalicə alan zərəçəkmiş Nisə Xəlilovanın müalicəsi isə davam etdirilir. Onun tam sağalaraq əvvəlki vəziyyətinə qayıtması üçün bir müddət xəstəxanada qalması istisna edilmir. Zərərçəkən Nisə Xəlilova, yoldaşı Çingiz Mehdiyevin həbs olunmasını haqq-ədalətin bərpa edilməsi kimi qiymətləndirib. Amma buna baxmayaraq, o hələ də qorxulu anları, ona verilən işgəncələri yaddan çıxarda bilmir. Nisə Xəlilova Çingiz barəsində bəzi məqamlara da aydınlıq gətirib. (VİDEOMATERİAL ƏLAVƏ OLUNACAQ)