İmişlinin Rəsullu kəndi mavi yanacaqla təmin olunub

263 abonentin mənzilində "smart kart" tipli sayğaclar quraşdırılıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 08 Oktyabr 2013, 15:29

İmişli rayonunun Rəsullu kəndi mavi yanacaqla təmin olunub. Qaz verlişi münasibəti ilə açılış mərasimi düzənlənib. Tədbirdə Azəriqaz İstehsalat birliyinin nümayəndələri, rayon icra hakimiyyəti rəhbərliyi iştirak edib. Mərasimdə bildirilib ki, ötən ildən başlayaraq kəndə müxtəlif diametrli polietilen borular vasitəsilə yeni xətt çəkilib. Qaz tənzimləyiçi qurğular və şkaflar quraşdırılıb mavi yanacağın maneəsiz ötürülməsi üçün dairəvi xətt yaradılıb. 263 abonentin mənzilində "smart kart" tipli sayğaclar quraşdırılıb.

Açılış mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinə gözaydınlığı verib. Bildirilib ki, hazırda digər kəndlərdə də qazlaşma işləri aparılır. Tədbirdə çıxış edən kənd ağsaqqalları ziyalılar da öz növbəsində mavi yanacağın verilməsinə görə dövlətimizə minnətdarlıq ediblər. Sonda mavi yanacağın açılışını bildirən məşəl yandırılıb. Rayon icra hakimiyyətinin nümayəndələri və qonaqlar bir neçə mənzilə baş çəkib mavi yanacağın verlişi ilə tanış olublar. (VİDEOMATERİAL ƏLAVƏ OLUNACAQ)