“YARAT!” Müasir İncəsənət Məkanı “Zavod” layihəsindən - FOTOLENT

Sərgi gənc rəssamların ideyaları əsasında Bakı Məişət Kondisionerləri Zavodunda keçirilir

© Foto: Şirməmməd Nəzərli

Bakı, Şirməmməd Nəzərli, Vüsal Nəbiyev, İnteraz - 08 Oktyabr 2013, 15:46

“YARAT!” Müasir İncəsənət Məkanının (MİM) 2 yaşının tamam olduğu gündə Bakı Məişət Kondisionerləri Zavodunda (BMKZ) gənc rəssamların ideyaları əsasında sərgi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,  MİM-in rəhbəri Aida Mahmudova sərgi ilə tanış olublar. Layihədə 29 gənc rəssam və dizayner iştirak edir.

Sovet dövründə BMKZ-da istehsal olunun süni iqlim aparatları, kondisionerlər Azərbaycan və qonşu respublikaların bütün sakinlərinin mənzillərinin sərinliyini təmin edirdi. Lakin SSRİ dağılandan sonra müəssisə fəaliyyətini dayandırıb. Boş istehsal sahələri və donmuş dəzgahlar rəssamların birgə səyi nəticəsində yenidən qısa müddətə də olsa, yeni dövrün rəngi və enerjisi ilə əvvəlki ab-havanı canlandırılıb. 

“Zavod” layihəsi “YARAT!” qeyri-kommersiya təşkilatı tərəfindən düşünülmüş və Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilib.

Layihəyə “ARTIM” (tərəqqi) gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində reallaşıb.

Sərgi noyabrın 15-dək davam edəcək.