Tovuzda avtoxuliqanlar qəza törədib

Nəticədə üç avtomobil yararsız vəziyyətə düşüb

Tovuz, Kamran Əskiparalı, Vüsal Nəbiyev, İnteraz - 08 Oktyabr 2013, 16:40

Gecə saatlarında Tovuz Rayon Mərkəzi bazarının yaxınlığında üç avtomobil toqquşub. “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan Tovuz rayon Qədirli kənd sakini Anar Abdullayev əvvəlcə Orxan Əhmədovun idarə etdiyi “VAZ 2107”-ni vurub. Nəticədə, “VAZ 2107” telefon dirəyini sındıraraq hərəkətsiz dayanmış “Kamaz”-a çırpılıb. Avtomobillərin yararsız hala düşdüyü qəzada, xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. (VİDEOMATERİAL ƏLAVƏ OLUNACAQ)