Heydər Əliyev prospektində avtomobil aşıb (Video)

Hazırda bu istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı, , İnteraz - 01 Aprel 2018, 16:07

Bir qədər əvvəl Heydər Əliyev prospektində yol qəzası baş verib.

 

İnterAz-ın məlumatına görə, üzü şəhər istiqamətində Şəfa stadionundan sonra nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Hadisə yerinə yol polisi əməkdaşları gəlib.

Bakı Nəqliyyat Agentliyi də sürücüləri xəbərdarlıq edərək bildirib ki, hazırda bu istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.