Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 10:00

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, dekabrın 6-da 121 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.