Azərbaycanda icra başçısı tutduğu vəzifədən azad edilib

Xətai rayonunun icra başçısı işdən çıxarılıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 13 Dekabr 2018, 16:39

Azərbaycan Prezidenti İlham Əliyev Razim Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

 

İnterAz-ın verdiyi məlumata görə, sərəncama əsasən, Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, R.Məmmədov 2006-cı ilin sentyabrın 26-da Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. 

CANLI YAYİM

Ən çox oxunan