AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

İclasda “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənəd təsdiq edilib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 09:58

AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.

 

İnterAz xəbər verir ki, bu barədə Akademiyanın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. 

 

İclasda “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənəd təsdiq edilib.

 

Qərarla AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.