Bakıda bir avtomobilin digərinə yol verməməsi qəzaya səbəb olub

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 10:06

Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, hadisə bu gün səhər 08:45 radələrinə Mehdi Hüseynzadə parkının yaxınlığında qeydə alınıb.

 

Qəza Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə dönən "Hyundai" markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomoilin Tblisi prospektindən gələn "Toyota" markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən yaranıb.

 

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.