DİN: Ötən gün 126 cinayət faktı qeydə alınıb

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 11:33

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

DİN-in Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 46 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə, ümumilikdə, 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.