DİN xeyli sayda güclü təsiredici həbi qanunsuz dövriyyədən çıxarıb

Davam etdirilən tədbirlərlə həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 12:19

Polis əməkdaşları xeyli sayda güclü təsiredici həbləri götürürərək qanunsuz dövriyyədən çıxarıb.

 

DİN Mətbuat Xidmətindən İnterAz-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd metodon həbini satarkən cinayət başında yaxalanıb.

 

Davam etdirilən tədbirlərlə həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan isə 80 ədəd metodon həbləri aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.