Bakıda axtarışda olan yeniyetmə Mingəçevirdə saxlanılıb

Axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 13:17

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Mingəçevir şəhər Polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

 

Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.