Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 15:51

Xırdalan şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Belə ki, Xırdalan şəhəri ərazisində Sumqayıt sakini Nazim Şirinov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən şəhər sakini Elxan Çələbiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.