Müsəlmanların 11-ci imamı Həzrət İmam Həsən Əskərinin (ə) doğum günüdür

Müsəlmanlar 11-ci imam Həzrət İmam Həsən Əskərinin (ə) doğum gününü qeyd edirlər.

interaz, azərbaycan, xəbərlər

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Dekabr 2018, 00:03

Müsəlmanlar 11-ci imam Həzrət İmam Həsən Əskərinin (ə) doğum gününü qeyd edirlər.

 

İnterAz-ın verdiyi məlumata görə, İmam Həsən Əskəri (ə) hicri-qəməri tarixi ilə 232-ci il rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.

 

İmam Həsən Əskərinin (ə) atası İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

 

O Həzrət (ə) hicrətin 260-cı ili rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.

 

İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.