Azərbaycanda tanınmış sənətçi dünyasını dəyişib

Hacıyev Məmmədağa Şakir oğlu dünyasını dəyişib

Bakı , Səbuhi Vaqifoğlu, İnteraz - 22 Dekabr 2018, 14:54

Qarmon alətinin mahir və nadir ustadlarından olan Hacıyev Məmmədağa Şakir oğlu dünyasını dəyişib.

 

Bu barədə İnterAz-a sənətkarın yaxınları məlumat verib.

 

Məlumata görə, Məmmədağa Hacıyev gecə yatıb və səhər ayılmayıb.

 

Qeyd edək ki, Hacıyev Məmmədağa Şakir oğlu çoxlarının sevimlisi olub. O, Şirvan aşıq məktəbinin şahəngşahı, yaradıcısı olub.

 

Allah rəhmət eləsin!