İntensiv yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Yanvar 2019, 13:22

Növbəti iki gündə Azərbaycanda küləkli hava şəraiti müşahidə olunacaq. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir. 

 

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.