Qubada ticarət mərkəzində yanğın başlayıb

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 10:52

Quba rayonunda "Birja" ticarət mərkəzində baş verən yanğın söndürülüb. 

 

İnterAz "Repoirt"a istinadən xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

 

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır. 

 

*** 10:31

 

Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb. 

 

İnterAz "Report"a istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub. 

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

 

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

 

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəliblər.

 

Yanğının başvermə səbəbləri araşdırılır.

CANLI YAYİM

Ən çox oxunan