Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb

Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralanıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 16:50

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.

 

İnterAz xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

 

*** 13:32

 

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

 

İnterAz xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

 

Ölənlər:

 

Xaçmaz rayon sakinləri -

 

Coşqun Kamil oğlu Qasımov,

 

Zakir Eldəniz oğlu Abasov,

 

Nahid Teymur oğlu Məmmədov.

 

*** 10:27

 

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. 

 

İnterAz-ın məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralanıb. Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırmalara başlanılıb.