Ötən il Dövlət Miqrasiya Xidmətinə 194 şikayət daxil olub

Bunu Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 12:33

 "2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin 194-ü şikayət xarakterli olub".

 

İnterAz xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov deyib.

 

O bildirib ki, vətəndaşların müraciətlərinin 9-u təklif, 14 151 ərizə olub.

 

V.Hüseynov qeyd edib ki, müraciətlərin 48 faizi təmin edilib: "Müraciətlərin 13.8 faizi təmin olunmayıb, 8.3 faizi isə icradadır".