Azərbaycanda “donuz qripi” yoxdur - Rəsmi

Birmənalı olaraq ölkə ərazisində “donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 15:03

Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. 

 

İnterAz-ın Oxu.Az-ıa istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu Abdulla Ağayev bildirib.

 

Onun sözlərinə görə, qonşu ölkələrdə “donuz qripi”nin yayıldığı elan olunur:

 

“Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. Əgər virusa yoluxma epidemik həddi keçərsə, ölkədə vaksinasiya aparılar. Birmənalı olaraq ölkə ərazisində “donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib. Qrip virusu var və bu, müxtəlif dövrlərdə olub və olacaq”.

 

O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palatalar ayrılıb.