Dövlət Yol Polisi növbəti maarifləndirici tədbir keçirib

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova da yol hərəkəti qaydaları barədə məktəblilərə məlumat verib, bununla bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 11 Yanvar 2019, 16:54

Bu gün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin təşkilatçılığı ilə 183 nömrəli tam orta məktəbdə  şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib.

 

İnterAz xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov,  1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova, məktəbin direktoru, jurnalistlər o cümlədən məktəbin şagird və müəllim heyəti iştirak edib.

 

Tədbirdə çıxış edən bölmə rəisi Vaqif Əsədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarrifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Hazırki vaxtda azyaşlıları, məktəbliləri maarrifləndirməyə ehtiyac var.

 

Bölmə rəisi həmçinin bu cür maarifləndirici tədbirlərinin mütamadi olaraq keçirildiyini diqqətə çatıdırb. O, qeyd edib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.

 

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova da yol hərəkəti qaydaları barədə məktəblilərə məlumat verib, bununla bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb.

 

Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı çıxışında tədbirin əhəmiyyətinə toxunub. Bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcək.

 

Daha sonra yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş etdirilib, yol polisi rəhbərliyi və əməkdaşlarının tövsiyə xarakterli çıxışları dinlənilib. Şagirdləri maraqlandıran suallara cavab verilib. Tədbirdə aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin icazəsi ilə "Hyundai Azərbaycan" şirkəti tərəfindən uşaqlar üçün məlumat kitabı, "Qala Ekspress" tərəfindən hazırlanmış təqvim, o cümlədən DİN tərəfindən 2019-cu il üçün yeni tərtibatla hazırlanmış təqvimlər təqdim edilib, məktəb ictimaiyyətinə paylanılıb.

 

Vaqif Əsədov sonda bu cür maarifləndirici tədbirlərin davamlı olacağını bildirib.