“Bazarstore”a silahlı basqın

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2019, 13:13

Abşeron rayon Hökməli qəsəbəsində “Bazarstore” supermarketinə basqın olub.

 

İnterAz-ın Oxu.Az-a istinadən məlumatına görə, əli silahlı və maskalı olan şəxs kassirə yaxınlaşaraq kassada olan pulları tələb edib. 

 

Mağaza rəhbərinin köməkçisi və mühafizəçi maskalı şəxsi zərərsizləşdirmək istəyiblər. Lakin bu zaman cinayətkar köməkçini başından xəsarət yetirib.

 

Oğru daha sonra hadisə yerindən qaçıb.

 

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.