Mingəçevirdə iki azyaşlı bağlı qapı arxasında qalıb

Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Yanvar 2019, 08:41

Mingəçevir şəhərində iki azyaşlı bağlı qapı arxasında qalıb.

 

İnterAz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.