Bakıda yol çöküb

Yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Yanvar 2019, 10:52

Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü çöküb.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib.

 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb.

 

“Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır. İlkin ehtimallara görə, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub”.