Azərbaycanın məşhur meyxanaçısı ağır vəziyyətdə hospitala çatdırılıb

Məşhur meyxanaçı İntiqam xəstəxanaya yerləşdirilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 26 Yanvar 2019, 11:30

Məşhur meyxana ustadlarıdan İntiqam və Ehtiram qardaşlarıdan İntiqam axşam saatların da təcili olaraq ambulansla xəstəxanaya çatdırılıb.

 

İnterAz-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, İntiqam bildirib ki, uzun müddətdir bel və ayaq ağrıları olub.

 

Təqribən 9mm disk yırtığı ilə əlaqədər uzun müddət müalicələr alıb, amma 4-gün əvvəl İntiqamın belində ağrıları olduğu üçün bir həkimə müraciət edib və belində dartılma əməliyatı olduqdan sonra anidən İntiqamın ayagında zəifləmələr yaranıb. Ayaq əzələlərində zəifləmə uyuşma, yerişin çətinləşməsi yaranıb. Artıq tədricən yeriməsini itirib. Axşam saatlarından etibarən artıq çanaq orqanlarının funksiyası pozulduğuna görə xəstə təcili olaraq ambulansla hospitala gətirilib.

 

Məşhur neyrocərrah Əliosman Qədimbəyli tərəfindən xəstə müayinə olunduqdan sonra təcili əməliyyat qərarı verilib. Axşam saatların da `davay dasvidaniya` meyxanası ilə məşhurlaşan İntiqam təcili olaraq əməliyata götürülüb. İntiqamın dediyinə görə mikrocərrahi üsulla neyrocərrah Əliosman Qədimbəyli tərəfindən təqribən 30mm, böyük bir disk yırtığı azad olnub. Meyxanaçının dediyinə görə əməliyat uğurla keçib. Təqribən 15-20 dəqlik əməliyyatdan sonra İntiqam bu ağrılardan azad olunub və artıq əməliyyatdan sonra İntiqam öz normal səhhətinə tədricən geri dönməyə başlayıb.

 

Meyxanaçı Əliosman Qədimbəyliyə təşəkkür edib və Azərbaycanda belə savadlı, təcrübəli Türkiyədə ixtisaslaşmış həkimlər olduğu üçün şad olduğunu qeyd edib. "Başda Xoşqədəm xanım olmaqla, Əliosman Qədimbəyliyə minnətdarlığımı bildirirəm ki, məni bu ağır bəladan əlil arabasından tamami ilə yatağa düşmədən mənim canımı qurtarmış oldu", - meyxanaçı bildirib.