Abşeronda taxta sexi yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 11:52

Abşeronda taxta sexi yanıb.

 

FHN-dən İnterAz-a verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki taxta materiallar yanıb.

 

Bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.