FHN: Qubada çaya aşan ekskavatorun sürücüsünün axtarışları davam etdirilir

Axtarış işləri barədə əlavə məlumat veriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 12:27

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyindən İnterAz-a bildiriblər ki, axtarışlara nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən su çəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.