Ermənistan səfirliyinə Mübarizin posteri asılıb

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 17:09

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab veriblər.

 

İnterAz-ın axar.az-a istinadən xəbərinə görə, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tbilisi şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.

 

Həmçinin, Tbilisidəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.

 

Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.

 

Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatçı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.