Söyün Sadıqov həbs olunub

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 15:15

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güç yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

 

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

 

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.