Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib

Hazırda onların tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Fevral 2019, 10:04

Moskvada 45 yaşlı azərbaycanlı güllələnərək öldürülüb.

 

İnterAz xəbər verir ki, bu barədə 5-tv.ru portalı məlumat yayıb.

 

Polisdən verilən məlumata görə, “BMW X6” markalı avtomobildə olan şəxslər azərbaycanlıya atəş açıb. 

 

Hazırda onların tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

 

İlkin ehtimallara görə, bu hadisə dünən axşam saatlarında Moskvada baş vermiş çeçenlərlə azərbaycanlılar arasındakı insidentlə əlaqəlidir.