Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın baş verib

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Fevral 2019, 10:44

Sabunçu rayonunda güclü yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən İnterAz-a bildiriblər ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 kvadratmetr olan birmərtəbəli tikilidə (arakəsmələri taxta konstruksiyalardan ibarət) qeydə alınıb. Nəticədə tikilinin 670 kvadratmetri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.