Sumqayıtda yol qəzasında yaralananların sayı 30-u keçib

Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Fevral 2019, 18:40

Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 30-u keçib.

 

İnterAz-ın  məlumatına görə, hadisə Sumqayıt şəhərinin Məşədi Əzizbəyov və Nizami küçələrinin kəsişməsində baş verib.

 

Belə ki, 30 nömrəli müntəzəm xətti üzrə işləyən marşrut avtobusu əvvəlcə "Toyota Prado" markalı avtomobilə, daha sonra idarəetməni itirərək binaya çırpılıb.

 

***18:06

 

Sumqayıt şəhərində yol qəzası baş verib.

 

İnterAz-ın məlumatına görə, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. 

 

Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.

 

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

*** 17:53

 

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

 

İnterAz-ın məlumatına görə, hadisə 16-cı məhəllə ərazisində qeydə alınıb.

 

Belə ki, 30 nömrəli marşrut üzrə hərəkət edən avtobus binaya çırpılıb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. 

 

Faktla bağlı araşdırma aparılır.